Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki yaşayış məntəqələrinə hücumu nəticəsində yerin altında qalan 148 mədənçinin hamısı xilas edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
"Bütün mədənçilər səthə çıxarılıb. Hazırda onların həyatılarına və sağlamlıqlarına təhlükə yoxdur," - məlumatda deyilir.
Bundan əlavə, Rusiya zərbəsindən sonra şaxtaların birində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.