Aİ Brüsseldəki Rusiya səfirini çağırıb

A- A A+

Aİ Kiyevdəki nümayəndəliyin binasına endirilən zərbədən sonra Rusiyanın Brüsseldəki səfirini çağırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.

Onun sözlərinə görə, missiyanın əməkdaşları Kiyevdə işlərini davam etdirirlər, Aİ-nin Ukraynaya dəstəyi isə sarsılmazdır.

"Heç bir diplomatik missiya hədəf olmamalıdır", - K.Kallas vurğulayıb.

"Mən Kiyevdəki binamız Rusiyanın zərbəsi nəticəsində ziyan gördükdən sonra nümayəndəlikdə olan həmkarlarımla danışdım. Sizin Ukraynanı dəstəkləmək qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik missiya hədəfə alınmamalıdır. Buna cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: