Efiopiyada təyyarə qəzası zamanı 149 sərnişin və səkkiz ekipaj üzvünün hamısı həlak olub - YENİLƏNİB
Efiopiyada “Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində 33 ölkədən 149 sərnişin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.
NUHÇIXAN yerli mətbuata istinadla xəbər verir ki, ümumilikdə 33 ölkənin vətəndaşı qəza nəticəsində həlak olub. Onlardan 9 nəfər Efiopiya vətəndaşıdır. Ən çox ölənlərin sayı Keniyadan (32 nəfər) və Kanadadan (18 nəfər) olub.
Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.