Sorğu: Britaniyalıların üçdə ikisi ölkələri uğrunda döyüşmək istəmir

A- A A+

Britaniya vətəndaşlarının üçdə ikisi ölkələrinə hücum olarsa, onların uğrunda döyüşmək istəmir.

NUHÇIXAN bu barədə “The Sunday Express” qəzetinin ictimai rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Sorğuya görə, respondentlərin 64%-i müharibə vəziyyətində Britaniya ordusuna qoşulmağa hazır deyil. Rəyi soruşulanların 6 faizi əks fikir bildirib.

Hər yaş qrupunda silahlı qüvvələrə qoşulmağa can atmayanlar üstünlük təşkil edir. Nəşr neçə nəfərin sorğuda iştirak etdiyi barədə məlumat verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: