İndoneziyada Cənubi Borneo əyalətində göyərtəsində iki ekipaj üzvü və altı sərnişin olan helikopter radardan itib.
Bu barədə NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir.
"Helikopter Cənubi Borneo əyalətinin Manteve bölgəsində radardan itib", - xilasetmə agentliyinin rəhbəri İ Putu Sudayana bildirib.
Xilasetmə xidmətləri hadisə yerində helikopterin axtarışlarının aparıldığını bildiriblər.