Türkiyənin 5 müdafiə sənayesi şirkəti dünyanın ilk 100 qurumu arasında

A- A A+

"Defense News” jurnalı tərəfindən hər il əvvəlki ilin müdafiə satışlarına əsaslanaraq yayımlanan siyahıda ötən il yer alan Türkiyə şirkətləri mövqelərini qoruyub.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu müdafiə sənayesi siyahılarından biri olan "Defense News Top 100"ə 5 türk şirkəti daxil olub. Türkiyə şirkətləri arasında ASELSAN 3 milyard 541 milyon 261 min 567 dollar müdafiə gəliri ilə 43-cü yerdə qərarlaşıb.

Türkiyə şirkətlərinin siyahıdakı yerləri aşağıdakılardır:

ASELSAN: 43-cü yer;

TUSAŞ: 47-ci yer;

Roketsan: 71-ci yer;

ASFAT: 78-ci yer;

Maşınqayırma və Kimya Sənayesi (MKE): 80-ci yer.

Xəbərdə qeyd olunur ki, TUSAŞ, ASFAT və MKE əvvəlki illə müqayisədə öz sıralarını yüksəldib. Roketsan yerini qoruyub saxladığı halda, ASELSAN bir pillə geriləyib. Həmçinin, ASFAT-ın siyahıda 16 pillə birdən yüksələrək əhəmiyyətli inkişaf göstərdiyi vurğulanır.

Siyahının ilk üç yerində isə “Lockheed Martin”, “RTX” və “China Aerospace Science and Industry Corporation” şirkətləri yer alır. “Lockheed Martin” 68,39 milyard dollarlıq müdafiə gəliri ilə birinci yerdəki mövqeyini qoruyub.

Siyahıdakı ilk 10-luqda ABŞ-dən 6, Çindən 2, Böyük Britaniya və Fransanın hər birindən 1 şirkət yer alıb. Siyahıya ABŞ-dan 48, Böyük Britaniyadan 6, Türkiyə, Fransa və Çindən 5, Almaniyadan 4, Cənubi Koreya və İsraildən isə 3 şirkət daxildir.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: