Pakistanda son günlər güclü yağışlar səbəbindən baş verən daşqınlar 31 nəfərin həyatına son qoyub, 26 nəfər isə xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistanın Fəlakətlərlə Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata görə, ən çox ölüm halı Şərqi Pəncab əyalətində qeydə alınıb - 25 nəfər. Şimal-qərbi Xayber-Paxtunxva əyalətində dörd nəfər, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətinin və Kəşmir bölgəsinin hər birində isə bir nəfər həyatını itirib.
Ölkənin meteorologiya xidmətinin proqnozuna görə, bölgədə leysan yağışları hələ bir neçə gün davam edəcək ki, bu da daşqın və torpaq sürüşməsi riskini artırır.