Fransada hava nəqliyyatı nəzarətçiləri tətil edəcəklər

A- A A+

Fransada hava nəqliyyatı nəzarətçilərinin əsas həmkarlar ittifaqı olan SNCTA sentyabrın 18-i üçün tətil elan edib. Tətilin həmin gün səhər başlaması və növbəti gün gecə saatlarınadək davam etməsi planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, SNCTA-nın rəsmi saytında dərc olunan bəyanatda tətilin səbəbləri açıqlanıb. Təşkilat bu addımı sosial dialoqun uğursuzluğu ilə əsaslandırıb. SNCTA 2024-cü ilin əməkhaqlarının inflyasiya nəzərə alınaraq ödənilməsini, eləcə də idarəetmə modelində dəyişikliklər olunmasını tələb edib.

Qeyd edək ki, Fransada hava nəqliyyatı nəzarətçiləri bu ilin iyul ayında aksiya keçirib. Həmin vaxt ölkədə 3 min uçuş ləğv olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: