2024-cü ilin iyun ayında Koreya Xalq Demokratik Respublikası (KXDR) və Rusiya Federasiyası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalandıqdan sonra ikitərəfli münasibətlər bütün aspektlərdə inkişaf edir.
NUHÇIXAN Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen In bu gün Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
Kim Çen In əlavə edib ki, KXDR Rusiyaya kömək etmək üçün əlindən gələni edəcək.