Əfqanıstan hökuməti zəlzələdən zərər çəkmiş vətəndaşlara kömək üçün xüsusi təyinatlı qoşunları səfərbər edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Kabil fəlakət zonasına ərzaq və dərman vasitələrinin çatdırılması ilə bağlı səyləri gücləndirib.
Qeyd edək ki, Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfərə çatıb. Təbii fəlakət nəticəsində ən azı 3124 nəfər xəsarət alıb, 5412-dən çox ev dağılıb.