NATO-nun Baş katibi Mark Rutte Parisdə keçiriləcək toplantıda Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcəyinə ümid etdiyini bildirib.
NUHÇIXAN-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu o, Brüsseldə Estoniya Prezidenti Alar Karislə birgə mətbuat konfransında deyib.
"Ümid edirəm ki, sabah və ya ondan sonra kollektiv olaraq nə edə biləcəyimiz barədə aydınlıq əldə edə biləcəyik", - baş katib bildirib.
M.Ruttenin sözlərinə görə, bu, ABŞ-nin təhlükəsizlik zəmanətləri çərçivəsində nə etmək istədiyini anlamağa imkan verəcək.
Baş katib qeyd edib ki, Rusiya və Ukrayna arasında ikitərəfli görüşlərin keçirilməsi son dərəcə vacibdir.