Avqust ayında Rusiyanın federal büdcəsinin neft-qaz gəlirləri son 2,5 ilin ən aşağı səviyyəsinə enib.
NUHÇIXAN xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin saytında dərc olunan məlumata əsasən, avqust ayında neft-qaz gəlirləri 505 milyard rubl təşkil edib ki, bu da gözləniləndən 10,5 milyard rubl azdır. Bu, 2023-cü ilin yanvarında Rusiyaya qarşı qiymət tavanı qüvvəyə mindikdən sonra ölkənin neft və qaz satışlarında iyun ayından sonra ən pis göstəricidir. Avqust ayında Rusiyanın faydalı qazıntıların hasilatı üzrə vergi yığımı isə 675,7 milyard rubla çatıb ki, bu da aprel ayından bəri ən yaxşı göstəricidir.
Qeyd edək ki, sentyabrın 3-də Avropa ölkələrinin Rusiya neftinə qarşı tətbiq etdiyi qiymət tavanı 60 dollardan 47,6 dollara enib. Rusiya Maliyyə Nazirliyi bu səbəbdən cari ayda neft-qaz gəlirlərinin baza səviyyəsindən 21 milyard rubl az olacağını proqnozlaşdırır.