Alman avtomobil istehsalçısı “Volkswagen” 2026-cı ildə yollara çıxacaq elektrikli “Polo” modelini təqdim edib.
NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, yeni “ID.Polo” avtomobilinin 25 min avrodan aşağı qiyməti ilə əlçatan olacağı və “Renault 5”, “Hyundai Inster” modellərinə meydan oxuyacağı gözlənilir.
Avtomobilin dizaynı 2023-cü ildə təqdim edilən konseptə oxşardır. Belə ki, ön və arxa hissədə davamlı işıq zolaqları, gizli qapı tutacaqları və işıqlı “Volkswagen” loqosu diqqəti cəlb edir. GTI versiyası da orijinallığı ilə fərqlənir.
Yeni model üçün iki batareya seçimi təklif olunur. Kiçik batareya 300 kilometr, böyük batareya isə 450 kilometr məsafəni qət etməyə imkan verəcək. Batareyanı 10 faizdən 80 faizədək cəmi 20 dəqiqə ərzində doldurmaq mümkündür. GTI versiyası daha böyük batareyaya və gücə malik olacaq.
Qiymətinin ucuz olmasına baxmayaraq, “ID.Polo” modeli “Travel Assist” sistemi, “LED-Matrix” faralar və masaj oturacaqları kimi komfort və təhlükəsizlik imkanları da təqdim edəcək.