Asiya və Okeaniya ölkələrində metan tullantıları 1990-cı illə müqayisədə iki dəfəyə qədər artıb

A- A A+

Beynəlxalq iqlimşünaslar qrupu 1990–2023-cü illər ərzində ölkə səviyyəsində metan tullantılarını araşdıraraq belə qənaətə gəlib ki, inkişaf etmiş ölkələrdə bu tullantıların həcmi xeyli azalsa da, Asiya və Okeaniya dövlətlərində demək olar ki, iki dəfə artıb. Bu artımda əsas rolu beynəlxalq ticarət və kənd təsərrüfatı sektoru oynayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniyanın Birmingem Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Metan molekullarının atmosferdə ömrü çox qısadır, buna görə də tullantıların azaldılması iqlimə dərhal təsir göstərəcək. Əldə etdiyimiz nəticələr metan tullantılarına qarşı mübarizənin qlobal səviyyədə koordinasiyalı şəkildə aparılmasının zəruriliyini göstərir. Bu, xüsusilə tullantıların ən sürətlə artdığı inkişaf etməkdə olan ölkələrə aiddir”, – deyə Birmingem Universitetinin professoru Şan Yuyli bildirib.

Professor Şan Yuyli və həmkarları ilk dəfə metan tullantılarını ayrı-ayrı ölkələr səviyyəsində ən detallı şəkildə araşdırıblar. Onlar yalnız məhsul istehsalçılarının deyil, həm də istehlakçıların atmosferə buraxılan metana təsirini nəzərə alıblar. Alimlərin fikrincə, bu, beynəlxalq ticarətin və əmək bölgüsünün qlobal istiləşməyə təsirini qiymətləndirmək, həmçinin hər bir ölkənin rolunu daha ədalətli müəyyənləşdirmək üçün vacibdir.

Bu yanaşmaya əsaslanan alimlər 1990–2023-cü illərdə 164 ölkədə iqtisadiyyatın 120 sektorunda metan tullantıları ilə bağlı məlumat toplayıb və təhlil ediblər. Hesablamalar göstərib ki, bu müddət ərzində metan tullantılarının ümumi həcmi cəmi 9% artaraq illik 266 milyon tondan 292 milyon tona yüksəlib. Lakin tullantıların strukturu köklü şəkildə dəyişib.

Belə ki, 1990-cı ildə metanın əsas mənbəyi inkişaf etmiş ölkələr idi və onların payına 100 milyon ton (ümumi tullantıların 37%-i) düşürdü. 2023-cü ilə gəldikdə isə bu tullantılar 25% azalıb. Əvəzində, Asiya və Okeaniya ölkələrində, yəni dünyanın böyük bir hissəsinin yaşadığı regionda tullantılar 94% artaraq 87 milyon tondan 169 milyon tona çatıb. Şərqi Avropa və Mərkəzi Asiyanın qərb hissəsində isə adambaşına düşən tullantılar 1990-cı illə müqayisədə 59% yüksəlib.

İqlimşünasların fikrincə, bu nəticələr yalnız inkişaf etmiş ölkələrin iqtisadi artımı istixana qazı tullantılarından “ayırmağa” nail olduğunu göstərir. Onların qeyd etdiyinə görə, metan tullantılarının artımın göstəricisinin təqribən üçdəbiri beynəlxalq ticarət, eləcə də gübrələrin istehsalı və istifadəsi ilə bağlıdır. Bu da inkişaf etməkdə olan ölkələrdə metan emissiyasının sürətlə yüksəlməsinə gətirib çıxarıb. Alimlər hesab edirlər ki, bu amil metan tullantılarına qarşı mübarizə tədbirlərinin hazırlanmasında nəzərə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: