Fransızların cəmi 15 %-i Makrona etibar edir

A- A A+

Fransa əhalisinin cəmi 15 %-i ölkə Prezidenti Emmanuel Makrona etibar edir.

NUHÇIXAN-ın "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, bunlar "Verian"ın sorğusunun nəticələridir.

Bu məlumatlara görə, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb.

Sorğuya görə, fransızların 80 %-i Makrona etibar etmir. Qalan 5 % cavab verməkdə çətinlik çəkib.

Ölkənin Baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 %-ə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir. Bununla yanaşı, əhalinin 82 %-i Bayruya etibar etmir, 4 %-i cavab verməkdən çəkinib.

Respondentlərin cəmi 3 %-i ölkədəki vəziyyətin yaxşılaşacağına inanır, 81 %-i isə hesab edir ki, vəziyyət pisləşəcək.

Sorğu 31 avqust - 2 sentyabr tarixlərində 1 min fransız arasında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: