"Google" və "YouTube"un işində hazırda nasazlıqlar müşahidə olunur

A- A A+

"Google" və "YouTube" xidmətlərində hazırda problem müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən "Downdetector" portalının səhifəsində məlumat yayılıb.

Nasazlıq səhər saatlarında başlayıb və hələ də davam edir. Problemlərin nə ilə bağlı olduğu məlum deyil.

İstifadəçilər serverlərdə nasazlıq və kontentin əlçatmazlığı barədə məlumat verirlər. "YouTube", "Google Meet", "Gmail" və bir sıra digər tətbiqlər işləmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: