İspaniya Baş nazirinin təyyarəsində nasazlıq yaranıb

A- A A+

İspaniyanın Baş naziri Pedro Sançes Ukrayna sammitində iştirak etmək üçün Parisə gedərkən təyyarədə yaranmış texniki nasazlıq səbəbindən Madridə qayıtmağa məcbur olub.

Bu barədə NUHÇIXAN İspaniya mediasına istinadən xəbər verir.

Məlumata görə, P.Sançes tədbirdə videobağlantı formatında iştirak edəcək.

KİV qeyd edir ki, İspaniya rəsmilərinin istifadə etdiyi hökumət təyyarələri köhnəlib və artıq dəfələrlə sıradan çıxıb. Təyyarələrin dəyişdirilməsinin zəruriliyi ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, bu, qiymətlərin yüksək olması və siyasi fikir ayrılıqları səbəbindən mümkün deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: