"KazTAG": Qazaxıstan XİN başçısının saxlanılması barədə məlumat həqiqətə uyğun deyil

A- A A+

Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstanın "KazTAG" nəşri məlumatlı mənbəyə istinadən bildirir.

"Nurtleunun saxlanılması barədə məlumat həqiqətə uyğun deyil, bu, feyk xəbərdir", - mənbə qeyd edib.

Qeyd edək ki, daha əvvəl bəzi KİV-lər Milli Təhlükəsizlik Komitəsi tərəfindən guya Nurtleu və bir sıra digər şəxslərin saxlanılması barədə məlumat yaymışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: