Aİ-nin AŞ-dəki nümayəndə heyəti: Azərbaycan və Ermənistanın sülh sazişini imzalaması və ratifikasiya etməsi vacibdir

A- A A+

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi rifaha yaxınlaşmasına kömək edəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı Aİ-nin Avropa Şurasındakı nümayəndə heyətinin bəyanatında deyilir.

Sənəddə vurğulanıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Ağ Evdə imzalanan sənəd "uzun müddət davam etmiş münaqişəyə son qoyulması istiqamətində mühüm irəliləyiş olub".

"Aİ sülh sazişinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etməyi vacib hesab edir", - bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ötən ilin martında sazişin mətni üzrə ikitərəfli danışıqların başa çatması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır.

Bəyanata Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San-Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: