Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib. O qeyd edib ki, Çində keçirilən ŞƏT Sammiti zamanı tərəflər fəal qarşılıqlı fəaliyyət göstəriblər.
A.Overçukun sözlərinə görə, iki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir.
RF Baş nazirinin müavini, həmçinin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə “ehtiyatlı nikbin” baxdığını vurğulayaraq, bunu Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfə adlandırıb.
Qeyd edək ki, sentyabrın 3-dən 6-dək Vladivostokda 10-cu Şərq İqtisadi Forumu keçirilir.