“Porsche” şirkəti Almaniyanın əsas birja indeksini tərk edir

A- A A+

“Porsche AG” şirkəti Almaniyanın əsas birja indeksi DAX-da daha təmsil olunmayacaq. Ciddi iqtisadi çətinliklərlə əlaqədar dəyər itirən “Porsche AG” Almaniyanın birjada qeydiyyatdan keçmiş ən iri və dəyərli 40 şirkətini birləşdirən DAX indeksini tərk edir.

NUHÇIXAN “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə Alman Birjasının məlumatında bildirilir.

“Volkswagen”in törəmə şirkəti olan “Porsche” satışların azlığından əziyyət çəkir. Son bir ildə şirkətin səhmləri təxminən 30 faiz ucuzlaşıb. Bu, son dövrdə ciddi gəlir itkisi ilə üzləşən alman avtomobil sənayesindəki böhranın göstəricisidir. Avtomobil şirkətlərinin səhmlərinin ucuzlaşması ilə əlaqədar son illərdə DAX-da avtomobil sektorunun çəkisi də azalıb.

“Porsche AG”dən fərqli olaraq, “Porsche Automobil Holding SE” DAX-da qalır. Bu investisiya şirkəti 31,9 faizlə “Volkswagen”in ən böyük səhmdarıdır. Şirkət “Porsche AG”nin də səhmlərinin səkkizdəbirinə sahibdir.

“Porsche AG” ilə yanaşı, dərman və laboratoriya təchizatçısı “Sartorius” şirkəti də artıq DAX-da təmsil edilməyəcək və onlar orta dəyərli şirkətlər indeksinə - MDAX-a keçirilir. Bu iki şirkəti əsas indeksdə daşınmaz əmlak platforması “Scout24” və avadanlıq istehsalçısı “Gea” əvəzləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: