ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin sülh danışıqlarına hələ hazır olmadıqlarını bildirib.
NUHÇIXAN xəbər verir ki, Donald Tramp bu barədə CBS News telekanalına müsahibəsində deyib. “Hazırda onlar – Vladimir Putin və Vladimir Zelenski sülhə hazır deyillər. Amma nə isə baş verməlidir. Biz bunu edəcəyik”, - deyə o vurğulayıb.
Dövlət başçısı, həmçinin Ukrayna münaqişəsinin həllinin ona dayandırmağa çalışdığı münaqişələr arasında ən asanı kimi görünsə də, vəziyyətin gözləniləndən daha mürəkkəb olduğunu etiraf edib. O, Ukrayna ilə bağlı mövqeyini həm “realist”, həm də “nikbin” adlandırıb.
Donald Tramp bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin, ÇXR Sədri Si Cinpin və Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətinin olduğunu bəyan edib. Ağ Evin rəhbəri, eyni zamanda, sülh üzrə Nobel mükafatına iddialı olmadığını deyib.