Birləşmiş Ərəb Əmirliklərinin Astronomiya Mərkəzi yerlı sakinlərə martın 5-də “Əl Vathba” rayonunun cənubundakı səhralığa düşən meteoritin axtarışında kömək etmələri üçün müraciət edib.
NUHÇIXAN yerli KİV-ə istinadla xəbər verir ki, meteoritin düşməsini iki nəzarət məntəqəsinin kameraları qeydə alıb.
Astronomiya Mərkəzindən bildiriblər ki, meteorit Yer kürəsinin, ayın və ulduzların geoloji tarixinin öyrənilməsi üçün vacib olan, yaşı günəş sisteminin yaşından çox ola biləcək hissəciklərdən ibarət ola bilər. Qeyd olunur ki, meteoritin diametri 1-3 santimetrdir və çəkisi iki qramdan 10 qrama qədərdir.
Hal hazırda astronomlar meteoritin düşmə ehtimalı olan 15 kilometr ərazıdə axtarış aparırlar və ümid edirlər ki, meteorit yolun yaxınlığına düşüb, bu da axtarışları yüngülləşdirə bilər.