Zelenski NATO-nun Baş katibi ilə Ukraynanın HHM sisteminin gücləndirilməsini müzakirə edib

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı aparıb və bu zaman ölkənin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini müzakirə edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə məlumat verib.

"Ukrayna üçün təhlükəsizlik zəmanətləri verilməsi naminə daha sürətli işləmək vacibdir. ABŞ ilə birlikdə maksimum məhsuldar olmaq, hava hücumundan müdafiə sistemimizi gücləndirmək zəruridir", - o qeyd edib.

V.Zelenski, həmçinin real nəticə əldə etmək üçün fəaliyyətlərin daha da koordinasiya edilməsinin əhəmiyyətini bildirib: "Rusiya Prezidenti Vladimir Putin sülhə, razılaşmağa ehtiyacı olmadığı görüntüsü yaradır. Amma əslində dünyanın təzyiqi Rusiyanın müharibəni bitirmək marağını formalaşdıra bilər".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: