Prezident Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Volodimir Zelenski özünün “Facebook” səhifəsində məlumat verib.
Ukrayna dövlətinin başçısı öz paylaşımında yazıb: “Mən NATO-nun Baş katibi Mark Rütte ilə danışdım. Çox məzmunlu müzakirə oldu, təşəkkür edirəm. Ukrayna üçün təhlükəsizlik zəmanətləri üçün daha sürətli işləmək vacibdir. Amerika ilə mümkün qədər məhsuldar olmaq vacibdir. Hava hücumundan müdafiəmizi gücləndirmək də zəruridir”.
Prezident Zelenski vurğulayıb ki, “dünyanın təzyiqi Rusiyanın müharibəni bitirməkdə marağını formalaşdıra bilər”.