Cənubi Koreya, ABŞ və Yaponiya sentyabr ayında Koreya yarımadası yaxınlığında “Freedom Edge” (Azadlıq Sərhədi) adlı hərbi təlimlər keçirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Bildirilir ki, təlimlərin məqsədi üç ölkə arasında dəniz, hava və kiberməkan sahələrində birgə əməliyyat imkanlarını gücləndirmək, qarşılıqlı fəaliyyəti artırmaq və sabit üçtərəfli əməkdaşlığı təmin etməkdir.
Manevrlər Şimali Koreyanın hərbi təhdidləri fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə davamlı səylər çərçivəsində planlaşdırılıb.
Plana əsasən, təlimlər sentyabrın 15–dən 19-dək Cənubi Koreyanın Çedjudo adasının şərqində və cənubunda yerləşən beynəlxalq sularda keçiriləcək.