Bu ilin ilk yarısında Ukraynanı daha 250 min nəfər tərk edib

A- A A+

2025-ci ilin yanvar–iyun ayları ərzində təxminən 250 min nəfər Ukraynanı tərk edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin ilk yarısında ölkəni 400 min nəfər tərk etmişdi) miqrasiya tempi bir qədər azalsa da, əhalinin ölkədən axını davam edir. 2025-ci il sentyabrın 2-nə olan məlumata əsasən, hazırda 5,7 milyon ukraynalı ölkə hüdudlarından kənarda yaşayır. Onların əksəriyyəti Almaniya, Polşa və Çexiyada məskunlaşıb.

Qeyd edək ki, müstəqillik əldə etdikdən sonra Ukrayna ciddi demoqrafik problemlərlə üzləşib. Ukrayna Milli Elmlər Akademiyasının məlumatına görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə 25–28 milyon əhali yaşayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: