Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb

A- A A+

Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşəlik ərazidə yanğın başlayıb.

NUHÇIXAN "TRT Haber"ə istinadən xəbər verir ki, əraziyə dərhal Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yanğınsöndürənlər göndərilib.

Yanğınla mübarizəyə 3 təyyarə, 11 helikopter, 37 su daşıyan maşın, iki ağır texnika və 242 canlı qüvvə cəlb olunub.

Hadisənin səbəbi isə hələ ki müəyyən edilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: