Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib

A- A A+

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTX) narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq kanalın ləğv edilməsi üzrə əməliyyat keçirib.

NUHÇIXAN-ın Qazaxıstan bürosu qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almatıda respublika tarixində ən böyük - 13 ton 183 kiloqram birdəfəlik kokain partiyası müsadirə edilib.

"Yükün Qazaxıstan üzərindən üçüncü ölkələrə tranziti nəzərdə tutulurdu. Narkotik ticarəti kanalının təşkilində şübhəli bilinən iki xarici vətəndaş saxlanılaraq həbs edilib", - MTX-nin məlumatında deyilir.

Qazaxıstan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: