KİV: Fransa yeni siyasi böhranın astanasındadır

A- A A+

Baş nazir Fransua Bayruya etimad səsverməsi Fransanda yenidən siyasi böhran yaradıb.

NUHÇIXAN-nın Avropa bürosunun məlumatına görə, bu barədə Fransa KİV-i yazır.

Fransua Bayru Konstitusiyanın 49.1-ci maddəsindən istifadə edərək, sentyabrın 8-də gözlənilmədən parlamentdə öz hökumətinə etimad məsələsini səsverməyə qoymağa qərar verib. Hökumətin parlament çoxluğu yoxdur və etimad səsverməsi proseduru ənənəvi olaraq yalnız parlamentdə dəstəyi olanlar tərəfindən istifadə olunur.

Buna görə də, ekspertlərin fikrincə F.Bayrunun təşəbbüsü hökumətin istefasına səbəb ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: