Özbəkistanın Daşkənd vilayətində baş verən yol qəzasında 7 nəfər ölüb, 9 nəfər yaralanıb

A- A A+

Özbəkistanın Daşkənd vilayətinin Anqren şəhərində səkkiz avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Özbəkistanın Daxili İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirərək hərəkət istiqamətində dəmir yolu keçidində dayanmış iki yük maşını və beş minik avtomobilinə çırpılıb. 

Qəza nəticəsində 7 nəfər hadisə yerində ölüb, daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, 4 nəfərə yerindəcə yardım göstərilib.

Hadisəni araşdırmaq, həlak olanlara və onların ailələrinə yardım göstərmək üçün Baş nazirin müavini Açılbay Ramatovun rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: