Almaniyanın Baden-Vürttemberq əyalətində keçirilən “Riderman” həvəskar velosiped yarışı zamanı qəza olub.
NUHÇIXAN “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Bad Dürrhaym şəhəri yaxınlığında qeydə alınan hadisə nəticəsində iştirakçılardan 20-si ağır, 60-dan çoxu yüngül xəsarət alıb. Onların bir qismi hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.
Qəzanın çoxlu sayda velosipedçinin marşrutun dar döngəli hissəsinə eyni anda daxil olması ilə yaranan sıxlıq nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə xilasedicilər və dörd təcili yardım helikopteri cəlb edilib.
“Riderman” Almaniyanın cənubunda keçirilən məşhur həvəskar velosiped turnirlərindən biridir. Hər il bu yarışda çoxlu velosipedçi mübarizə aparır. Bu həftənin sonunda təşkil olunan yarışlara 1200-dən çox iştirakçı qatılıb