Tramp: Əminəm ki, Rusiya-Ukrayna münaqişəsini həll edəcəyik

A- A A+

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı mövcud vəziyyətdən narazı olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, narazı olmasına rəğmən, münaqişənin həllinə qovuşdurulacağına əminliyini ifadə edib.

"Bu vəziyyətdən narazıyam. Orada baş verənlər məni sevindirmir. Hesab edirəm ki, bu münaqişə həll olunacaq... Əminəm ki, biz bunu həll edəcəyik", – Tramp qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: