Qüdsdə silahlı hücum nəticəsində dörd nəfər ölüb

A- A A+

Qüdsdə avtobus dayanacağında baş verən silahlı hücum nəticəsində azı dörd nəfər həlak olub, 15-dən çox insan isə yaralanıb.

NUHÇIXAN xəbər verir ki, “The Times of Israel” nəşri bu barədə hadisə yerində olan təcili yardım xidmətlərinə istinadla məlumat yayıb. Bildirilir ki, hücum zamanı yaralanan beş nəfərin vəziyyəti ağırdır və onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti yüngül və orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin öldürüldüyü bildirilir. Onların kustar üsulla modifikasiya olunmuş “Carlo” tipli silahdan istifadə etdikləri ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma başlayıb, əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: