İsrail terror və ona zərər vurmağa çalışan hər kəsə qarşı mübarizəsini davam etdirəcək.
NUHÇIXAN xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Krausz bu gün Qüdsdə baş verən atışma hadisəsini şərh edərkən bildirib.
"Qüdsü yenidən terror bürüdü. Beş günahsız vətəndaş həlak oldu, çoxlu yaralı var. Yaralılara tez bir zamanda sağalmalarını arzulayırıq. İsrail terrora və ölkəyə zərər vurmağa çalışanlara qarşı mübarizəsini davam etdirəcək. Onlar qalib gəlməyəcəklər", - diplomat "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, iki fələstinli Qüdsün şimalında sərnişin avtobusuna atəş açıb. Son məlumatlara görə, beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.