TDT ölkələri Orta Dəhlizin inkişafı üçün gömrük prosedurlarını sadələşdirir

A- A A+

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri təşkilatın 11-ci iclasında iki memorandum və birgə bəyanat imzalanıb.

TDT-dən NUHÇIXAN-a bildirilib ki, risklərin idarə edilməsi sahəsində Anlaşma Memorandumu, Gömrük laboratoriyalarının fəaliyyəti sahəsində Anlaşma Memorandumu, həmçinin Gömrük nəzarəti altında beynəlxalq yük daşımaları haqqında Konvensiyaya (Cenevrə, 1975) 11 saylı Əlavənin icrasına dair TDT ölkələrinin gömrük administrasiyaları rəhbərlərinin Birgə Bəyanatı imzalanıb.

İclas gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşdırma və sərhəd keçidlərinin sürətləndirilməsi vasitəsilə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına həsr olunub.

Müzakirə olunan əsas mövzular arasında e-TIR sisteminin tətbiqinin genişləndirilməsi, "Bir pəncərə" və "One-Stop Shop" mexanizmlərinin tətbiqi, elektron plomblar və yüklərin izlənməsi sistemləri də daxil olmaqla müasir texnologiyaların inteqrasiyası yer alıb.

Regionda ticarətin sadələşdirilməsinə və transsərhəd daşımalarının asanlaşdırılmasına kömək edən səlahiyyətli iqtisadi operator (AEO) proqramlarının inkişafına və harmonizasiyasına xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında saziş çərçivəsində pilot layihənin işə salınmasını sürətləndirməyə razılıq veriblər ki, bu da sərhəd keçidini asanlaşdıracaq, tranzit daşımalarını yaxşılaşdıracaq və TDT ölkələrində xarici iqtisadi fəaliyyət üçün daha əlverişli şərait yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: