NATO HHQ Estoniyanın hava məkanında təlimlər keçirəcək

A- A A+

NATO-nun Baltikyanı ölkələrdəki təyyarələri bu həftə ərzində Estoniyanın hava məkanında təlim uçuşları həyata keçirəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

"Estoniya üzərində uçuşlar 8-14 sentyabr tarixlərində yerli vaxtla saat 10:00-dan 22:00-dək planlaşdırılıb. Aşağı sürətli uçuşlar ən azı 152 metr (500 fut) hündürlükdə həyata keçiriləcək", - məlumatda bildirilib.

Pilotlar həmçinin səsdən sürətli uçuşlar həyata keçirə biləcək ki, bu da Mülki Hava Hərəkətini İdarəetmə Xidməti ilə əlaqələndiriləcək və müəyyən edilmiş hündürlüklərdə yerinə yetiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: