Maduro: ABŞ-nin Karib hövzəsindəki hərəkətləri təcavüzdür

A- A A+

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Karib dənizində yerləşdirilməsini Bolivar respublikasına qarşı təcavüz adlandırıb.

NUHÇIXAN-ın məlumatına görə, Venesuela Prezidenti bunu özünün "Maduro ilə +" verilişində deyib.

Beynəlxalq xəbər agentlikləri "Venesuela ilə ABŞ arasında gərgin münasibətlərin olduğunu təkid edirlər, lakin düzgün ifadə gərginlik deyil, təcavüzdür", - Venesuela lideri qeyd edib.

Prezident qeyd edib ki, ABŞ Venesuela sahillərində dinc insanlara qarşı 8 döyüş gəmisi, 1 200 raket və nüvə sualtı qayıq yerləşdirib. "Həqiqətən, bu xalq titrəyir, lakin qəzəbdən, millətçilikdən və vətənpərvərlikdən", - Maduro fikirlərini yekunlaşdırıb.

O vurğulayıb ki, xalq və Milli Bolivar Silahlı Qüvvələri Venesuelanın ərazi bütövlüyünü, sülhünü və gələcəyini müdafiə edəcək.

Venesuela lideri Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin bəyanatını yüksək qiymətləndirib və ABŞ-nin hərbi gəmilərinin Karib dənizinin cənubunda yerləşdirilməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: