Erməni deputat: Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır

A- A A+

Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan bunun belə olmadığını söyləsə, bu, müharibəyə gətirib çıxaracaq.

NUHÇIXAN xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib.

Melkonyan bildirib: “Robert Köçəryan və Serj Sarkisyan hər biri 10 il prezident olub, Qarabağın “müstəqilliyini” tanımayıblar. Vitali Balasanyan deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Amma onlar da Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular. Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Biz artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik. Azərbaycan da müharibənin olmasında maraqlı deyil. Hamımız sülh istəyirik”.

Melkonyan hesab edir ki, bəzi xarici qüvvələr və Ermənistanda onlara bağlı müxalif qüvvələr avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh üzrə əldə olunmuş razılaşmaları gözdən salmağa çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: