Berlində elektrik enerjisinin kəsilməsi on minlərlə sakini işıqsız qoyub

A- A A+

Almaniyanın paytaxtı Berlinin cənub-şərq rayonlarında elektrik enerjisinin kəsilməsi nəticəsində təxminən 50 min ev və müəssisə işıqsız qalıb.

NUHÇIXAN xəbər verir ki, elektrik enerjisinin kəsilməsinə saat 03:30 radələrində Berlinin Yohannistal ərazisində iki elektrik dirəyində baş verən yanğın nəticəsində enerji xətlərinin sıradan çıxması səbəb olub. Yanğın qısa müddətdə söndürülüb.

“Bild” qəzetinin məlumatına əsasən, ilkin araşdırma hadisənin qəsdən törədildiyini göstərir. İstintaq Berlin Dövlət Cinayət Polisi tərəfindən aparılır və hadisənin siyasi motivli hücum ola biləcəyi ehtimal edilir.

Elektrik enerjisinin kəsilməsi ictimai nəqliyyatın işinə də ciddi təsir göstərib. Şəhərin cənub-şərqində sərnişin qatarlarının və tramvayların hərəkəti məhdudlaşıb, işıqforlar işləmir. Hadisə bəzi tibbi müəssisələrin də fəaliyyətində ciddi problem yaradıb.

Təxminən yeddi saat sonra bəzi xətlərin yönləndirilməsi ilə abonentlərin bir qisminin enerji təchizatı bərpa olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: