Polşa ordusu ölkənin hava məkanını pozan obyektləri zərərsizləşdirir

A- A A+

Polşanın baş naziri Donald Tusk ötən gecə Polşanın hava məkanının pozulduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, təhlükə aradan qaldırılır: "Polşanın hava məkanının çoxsaylı pozulması ilə bağlı əməliyyat davam edir. Qoşunlar obyektə qarşı silahdan istifadə ediblər. Mən prezident və müdafiə naziri ilə daim əlaqə saxlayıram".

Öz növbəsində, ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçik yazıb ki, Polşa üzərində sərhədi pozan obyektlərin zərərsizləşdirilməsi əməliyyatı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: