Şimali Aral dənizində suyun həcminin artırılması istiqamətində işlər davam etdirilir.
NUHÇIXAN Qazaxıstanın Su Təsərrüfatı və İrriqasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2023-cü ildən bu günədək Şimali Aralda suyun həcmi artaraq 24,1 milyard kubmetrə çatıb. Bu müddət ərzində dənizə 5 milyard kubmetr su doldurulub.
Şimali Aral dənizinin həcminin artırılması baxımından su ehtiyatlarının idarə edilməsi sisteminin inkişafı Konsepsiyasının məqsədli göstəricilərinə nail olunması üzrə aparılan işlər qrafiki qabaqlayır.
Konsepsiyaya əsasən, 2025-ci ildə dənizdəki suyun həcminin 20,6 milyard kubmetrə çatdırılması planlaşdırılırdı. İlkin plan 2030-cu ildə Şimali Aral dənizinin həcminin 27 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Cari göstəricilərə 2029-cu ildə nail olunması nəzərdə tutulurdu.