Fransada “Hər şeyi bloklayaq” adlı etirazlar başlayıb - FOTOLAR

A- A A+

Siyasi böhran içərisində olan Fransa növbəti sınaqla üz-üzədir. “Hər şeyi bloklayaq” (Bloquons tout) çağırışı sosial şəbəkələrdən doğub və ölkənin müxtəlif bölgələrində həm etiraz, həm də blokada aksiyaları ilə özünü göstərir.

NUHÇIXAN xəbər verir ki, ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub və heç bir blokadaya dözülməyəcəyi bəyan edilib. Səhər saatlarında ölkədə 715 yerli etiraz və tətil aksiyası qeyd olunub.

Bir çox əyalət və şəhərlərdə qatar stansiyalarında qarşıdurmalar, dairəvi yollar blok edilib, bəzi şəhərlərdə etirazçılar limanlara toplaşıblar. Magistral yolları bloklayan etirazçılara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Oksitaniyada Tuluz şəhərində qatar xətlərində kabel yanması səbəbindən regional nəqliyyatda ciddi pozuntular olub. Lyon şəhərində qatar stansiyasında qarşıdurmalar qeydə alınıb.

Dairəvi yollar blok edilib, Renne şəhərində səhər saatlarında 300 etirazçı yolda - Brest limanının kənarında toplaşıb. Nante şəhərinin ətrafında körpülərin və dairələrin blokadaya alındığı bildirilir.

Paris bölgəsində periferik ərazilərdə sürücülər və tələbələr tərəfindən blokadalar davam edir, polisin 95 etirazçını saxladığı bildirilir.

Sentyabrın 10-u Fransada siyasi gərginliyin hökm sürdüyü gündür. Regionlarda müxtəlif aksiyalar – küçə yürüşləri, yollara, infrastruktura yönəlmiş blokadalar planlaşdırılır. Hər bir bölgədə fərqli taktika və hədəflər olsa da, ortaq məqsəd hökumətin siyasətinə etiraz, xüsusilə Bayru hökumətinin büdcə kəsintilərinə reaksiya verməkdir. Aksiyalar gecə saatlarında da davam edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: