Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş PUA-larla bağlı insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Sentyabrın 10-da yerli vaxtla saat 12:00-da XİN-ə çağırılmışam", - diplomat agentliyə bildirib.
Məlum olduğu kimi, Polşa sentyabrın 10-u gecə saatlarında Ukraynaya qarşı kütləvi hücum zamanı Rusiya dronlarının onun hava məkanını pozduğunu bildirib və ilk dəfə olaraq onları vurmağı qərara alıb.