"Haber Global": Azərbaycan Qəzzada baş verənlərə səssiz qalmayıb - VİDEO

A- A A+

Azərbaycan İsraillə əməkdaşlığına baxmayaraq, Qəzzada baş verənlərə səssiz qalmayıb.

NUHÇIXAN-nın məlumatına görə, bu fikirlər Türkiyənin "Haber Global" telekanalında səsləndirilib.

Kanalın canlı yayımında danışan professor Zeynep Deniz Altınsoy bildirib ki, Azərbaycan Xocalı soyqırımını yaşamış bir ölkə olaraq, bunun faciəvi tərəfini çox yaxşı başa düşür və bunu diplomatik müstəvidə ifadə edir:

"Azərbaycan Qəzzadakı qırğına hər dəfə vurğu edib və bu mövqeyindən geri addım atmayıb".

Professor Azərbaycanın bu məsələdə Türkiyənin mövqeyi ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

"Avropa Birliyi, yaxud ABŞ Qəzzada yaşananlara hələ indi reaksiya verdiyi halda, Azərbaycan bunu daha əvvəl edib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: