Fransada yüzlərlə insan vağzal binasına hücum edib

A- A A+

Marseldə 700 nəfər Sen-Şarl dəmir yolu vağzalını ələ keçirməyə cəhd edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Le Figaro" polis orqanlarındakı mənbələrə istinadən bildirib.

Məlumata görə, polislər təxminən 700 nəfərin stansiyaya girməsinin qarşısını alıb. Gözyaşardıcı qazın tətbiq edildiyi bildirilir.

Aksiyalar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq göstərib, Prezident Emmanuel Makron isə hökumətin yeni başçısı vəzifəsinə Sebastyen Lekornunu təyin edib ki, bu da son iki ildə həmin vəzifəyə artıq beşinci təyinatdır. Müxalifət partiyaları etimadsızlıq votumları hazırlayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: