Yaponiya ilk dəfə öz ərazisində "Typhon" raket kompleksləri ilə təlimlər keçirir

A- A A+

Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri orta mənzilli "Typhon" raket komplekslərinin yerləşdirilməsinin də sınaqdan keçiriləcəyi "Resolute Dragon" birgə hərbi təlimlərinə başlayıb.

NUHÇIXAN-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Yaponiyanın Yamaquçi prefekturasında yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun İvaku­ni bazasında keçirilir və sentyabrın 25-dək davam edəcək. "Typhon" kompleksləri ilk dəfə olaraq Yaponiyada yerləşdirilib. Yerli mətbuat daha əvvəl qeyd etmişdi ki, təlimlər başa çatdıqdan sonra bu kompleksin İvakuni bazasından çıxarılması planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: