Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib

A- A A+

Ermənistan və NATO əməkdaşlıq məsələlərini, həmçinin Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər.

NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistan Prezidenti Vaqn Xaçaturyan ölkəyə səfər edən NATO-da akkreditə olunmuş səfirləri qəbul edib.

"Görüş zamanı Ermənistan-NATO tərəfdaşlığı gündəliyinin əsas məsələləri müzakirə edilib, əməkdaşlığın inkişafının və proqramların davamlılığının əhəmiyyəti vurğulanıb", - məlumatda bildirilib.

Bundan əlavə, regiondakı vəziyyət, sabit və davamlı sülhün qurulması istiqamətində atılan addımlar müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: