TDT Ağsaqqallar Şurasında Şimali Kipri yazıçı Oktay Öksüzoğlu təmsil edəcək

A- A A+

Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasında yazıçı-şair Oktay Öksüzoğlu təmsil edəcək.

NUHÇIXAN xəbər verir ki, cümə axşamı, sentyabrın 11-də ŞKTC Prezidenti Ersin Tatar yazıçını qəbul edib.

Türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edən Şimali Kipr lideri respublikanın TDT strukturunda yeni təmsilçisinə uğurlar arzulayıb, uzun illər ŞKTC İnformasiya Departamentində rəhbər vəzifələrdə çalışmış O.Öksüzoğlunun xidmətlərini qeyd edib.

Şimali Kiprin TDT Ağsaqqallar Şurasındakı nümayəndəsi, öz növbəsində, Lefkoşanın maraqlarının təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: