Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı ən yaxşı sanksiya zərbəsi ola biləcək potensial tədbirləri sadalayıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Prioritetlər Rusiya bank sektorunu və onunla ticarəti davam etdirən ölkələrdəki bankları, həmçinin Rusiyanın kölgə donanmasının infrastrukturunu: gəmi kapitanlarını, sığortaçıları, bəzi terminalları əhatə edir", - o qeyd edib.

V.Zelenski vurğulayıb ki, bu həmçinin mövcud sanksiyalardan yan keçmə sxemlərinə qarşı mübarizə olacaq: "Rusiyanın müəyyən kritik mallara çıxışını məhdudlaşdıracaq xüsusi sanksiya aləti hazırlayırıq".

O əlavə edib ki, Ukrayna milli səviyyədə tərəfdaşların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağı davam etdirməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: